Səudiyyə Ərəbistanında trilyon dollarlıq güzgülü göydələnlər tikiləcək
Səudiyyə Ərəbistanı divarları güzgülü şüşə ilə üzlənmiş 170 km uzunluğunda "Mirror Line" göydələn tikmək planlarını açıqlayıb. Neom şəhərinin bir hissəsi sayılacaq 500 m hündürlükdəki binalar kompleksinin tikintisinin ölkəyə bir trilyon dollara başa gələcəyi hesablanıb.
Binalar 170 km məsafədə bir-birinə paralel şəkildə uzanacaq. Şahzadə Məhəmməd bin Salman tikintini 2030-cu ilə qədər başa çatdırmaq istəyir, lakin mühəndislər bunun 50 il çəkə biləcəyini deyirlər.
Şahzadənin sözlərinə görə, layihə sakinlərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün infrastruktur obyektləri onlardan cəmi beş dəqiqə aralıda yerləşəcək. Eləcə də kompleksin bir başından digərinə avtomobilin köməyi olmadan 20 dəqiqəyə çatmaq mümkün olacaq.
Doqquz milyon sakinin olacağı şəhərcikdə yüksəksürətli qatar və qayıqlar üçün körpü də olacaq. Bundan başqa, 300 m yüksəklikdə bir stadion nəzərdə tutulub.
"Mirror Line"da bərpa olunan enerjidən istifadə olunacaq. Şahzadə Salman binaların sıfır karbon emissiyalı və ekoloji cəhətdən təmiz olacağını iddia edir. O, həmçinin "Neom layihəsi"nin minlərlə yeni iş yeri yaradacağına və neftlə zəngin ölkəyə təbii ehtiyatlardan asılılığını azaltmağa kömək edəcəyinə ümidini bildirib.

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
1000 manatla hansı biznesi qurmaq olar?
CV hazırlayarkən buraxılan 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Elon Musk kimdir?
CV-nin tərtib edilməsi prinsipləri