Sevgilim deyə müraciət edirik bir-birimizə' - Nazpəridən gözlənilməz etiraf - VİDEO
Xalq artisti Nazpəri Dostəliyeva şok etiraf edib.
azxeber.com xəbər verir ki, ATV-də yayımlanan "Günün sədası" verlişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatından danışıb.
Belə ki, müğənni bildirib ki, "Nə olar Allahım" mahnısında çəkilən Ramiz bəyə sevgilim deyə müraciət edir:
"Onu deyə bilərəm ki, "Nə olar Allahım" mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə "sevgilim" deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da ailəsini də çox istəyirəm. ( Gəzərkən yolda gülləri görüb gülümsəyir )
Mən gülləri çox sevirəm. Hətta öz bağımda hər cür gül yetişdirirəm. Mənim "qadın xoşbəxtliyi" adlanan gülüm də var. Mənim keyfim olmayanda həmin güllər solur. Sevgi barədə onu deyə bilərəm ki, sevgisi olmayan insan yoxdur. Mənə qarşı olan bu qədər sevgi-xalq sevgisi məyər qarşılıqsızdır? Onda mən nankor olaram ki,..."
Xalq artisti əməliyyat etdirən insanlar barəsində də danışıb:
"Əməliyyat etdirən insanlar da 2 cür olurlar. Bəziləri sadəcə öz istəkləri üçün edirlər. Bəzilərinə isə həqiqətən lazımdır. Hətta ehtiyacım olanda mən də gedəcəm. Mən əməliyyat etdirməmişəm. Etdirsəm bunu hamı biləcək. İndi jurnalistlər eşidəcəklər ki, "Nazpəri xanım əməliyyata girəcək." ( gülür)
Aparıcının "Niyə mühafizəçi ilə gəzmirsiz"? sualına isə müğənni belə cavab verib:
"Müğənninin konsertində mühafizəçi olar. Amma belə sağımda biri, solumda biri gəzdirmək sevmirəm. Qəti şəkildə ona ehtiyac görmürəm. Cangüdən tutmaq mənim üçün ayıb olar. Əgər biri məni öldürmək istəsə, əminəm ki, onun yan-yörəsindəki insanlar buna icazə verməyəcəklər. Sənətə gələndə bir sənəti qorumaq , bir də insanlığı qorumaq lazımdır. Xalqımızı və musiqimizi qorumalıyıq. Cangüdənə isə heç vaxt ehtiyac yoxdur. Hətta yadıma gəlir ki, mən Zaqatalada konsertdə olan zaman, bir oğlan özünü səhnəyə atıb məni qucaqlamaq istədi. Hətta musiqiçilər də qorxdular ki, birdən mənə zərər yetirmək istəyər. Sonra oğlanın ürəyi getdi. İnanın mənə zərər gəlsə də, sevgidən gələn zərərə də razıyam."
Oksana

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Whatsapp biznesin üstünlükləri nələrdir?
İlon Mask kimdir?
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər