"Siemens AG" konserni "Altair Engineering" şirkətini 10 milyard dollara alır
Siemens, ABŞ-ın sənaye proqram təminatı şirkəti Altair Engineering şirkətini 10,6 milyard dollara satın alaraq şirkətin tarixində ikinci ən bahalı anlaşmaya imza atıb.
Azərbaycanda 60 min manat sərmayə ilə yeni şirkət yaradılıb
FED.az xəbər verir ki, bu addımla Siemens, rəqəmsal avtomatlaşdırma sahəsində mövqeyini gücləndirməyi və müştərilərə daha güclü proqram həlləri təqdim etməyi hədəfləyir. CEO Roland Busch bu anlaşmanı şirkət üçün "əhəmiyyətli bir mərhələ" adlandırıb.
Altair-in alınması ilə Siemens, süni intellekt dəstəyi ilə istehsal proseslərinin dizayn və simulyasiya imkanlarını portfelinə daxil edir. Bu isə Siemens-in "rəqəmsal əkiz" texnologiyasını daha da inkişaf etdirərək istehsal proseslərini daha effektiv idarə etməsinə imkan verəcək. Satınalma ilə gələcəkdə rəqəmsal biznesdə 600 milyon avro artım və uzunmüddətli milyardlarla dollar gəlir əldə etmək planlaşdırılır.
Bu anlaşma, Siemens-in ABŞ bazarına güclü bir şəkildə inteqrasiya etmək və avtomatlaşdırma texnologiyasında rəqibləri Schneider Electric və Rockwell Automation ilə rəqabətdə üstünlük qazanmaq strategiyasına uyğun olaraq həyata keçirilmişdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
SMM nə deməkdir?
Bitcoin nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
Layihə menecmenti nədir?