SİMA İmza ilə pulsuz Tam DigiCard əldə et
®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA İmza maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsini genişləndirir.
2022-ci ildən SİMA İmza-nın tərəfdaşı olan ABB yeni nəsil rəqəmsal imza vasitəsilə həyata keçirdiyi daha bir xidməti müştərilərinə təqdim edib. Belə ki ABB-nin yeni rəqəmsal kart məhsulu olan Tam DigiCard-ı banka gəlmədən və bank əməliyyatlarına əlavə vaxt sərf etmədən SİMA İmza ilə sifariş etmək mümkündür. Bunun üçün sadəcə "ABB mobile" tətbiqinə daxil olub müraciət göndərmək və sonda sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə elektron qaydada imzalamaq kifayətdir. İllik istifadə limiti olmayan ilk rəqəmsal kart – Tam DigiCard pulsuzdur.
Müştərilər kart sifarişini və SİMA İmza ilə sənədlərin imzalanması prosesini qeyri-iş günləri də daxil olmaqla günün istənilən saatında "ABB – Mobile" tətbiqi vasitəsilə həyata keçirə bilərlər.
Xatırladaq ki, 2023-cü ilin aprelindən etibarən SİMA yeni nəsil rəqəmsal imza ilə "ABB mobile" tətbiqi üzərindən debet kartı da sifariş etmək mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün "AzInTelecom" və ABB birgə layihələr üzərində çalışır. SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır.
Həmçinin SİMA İmza-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Bu imkandan faydalanmaq üçün "SİMA İmza" tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / banker.az
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind