Şimal zonasında xurma bağlarda qalıb, qiymət 20 qəpiyə düşsə də, alıcı tapılmır - Xaçmazdan REPORTAJ
Bu il havaların əlverişli keçməsi sayəsində Xaçmaz və Şabran rayonlarında salınmış xurma bağlarında bol məhsul yetişdirilib.
Cəlilabadın xurma bağlarında məhsuldarlıq yüksəkdir, 50-60 qəpikdən satılır
FED.az xəbər verir ki, bununla belə, məhsul bolluğuna baxmayaraq, sözügedən rayonların fermerləri yetişdirdikləri meyvənin satışında problemlə üzləşiblər.
Təsərrüfat sahibləri bu il satışının çox zəif olduğunu, bu vəziyyətin onları maddi zərərə uğratdığını deyirlər. O baxımdan, fermerlərin əksəriyyəti yetişdirilməsi üçün əziyyət və xərc çəkdikləri xurmanı dəyər-dəyməzinə satmaqdansa, məhsulu ağacda saxlamağa üstünlük verir. Nəticədə tonlarla xurma ya dərilmədən çürüyür, ya da çöl quşlarına yem olur.
FED.az xəbər verir ki, bağ sahibləri deyirlər ki, xurmanın yerindən alış qiyməti ilə bazarlardakı satış qiyməti arasındakı fərq 5 dəfəyə çatır. Onların sözlərinə görə, alverçilər bağlardan xurmanın bir yeşiyini (təqribən 10 kiloqram) 2 manata alırlar. Bu isə o deməkdir ki, xurmanın hər kiloqramından fermerə cəmi 20 qəpik qalır. Ona görə də kəndlilər xurmanı alverçilərə "hədiyyə etməkdənsə", məhsulu ağacda saxlamağı daha münasib sayırlar.
Məsələ ilə bağlı Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) "Report"un yerli bürosuna bildirilib ki, rayonda salınmış 759,5 hektar xurma sahəsindən 730 hektarı meyvə verən ağaclardan ibarətdir. Qeyd olunub ki, bu il Xaçmazda 6 min 924 ton xurma yığılıb. Bu da hər hektara 94 sentner məhsuldarlıq deməkdir:
"Hazırda xurma yığımı davam edir. Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdirirlər. Son illər satış zəif olduğundan, fermerlər xurmadan daha gəlirli olan alma, üzüm və gilas kimi məhsuldar meyvələr yetişdirməyə çalışırlar. Xurma hava şəraitinə görə əsasən Aran rayonlarında yetişdirilir və xarici bazarlara çıxarılır. Şimal bölgəsində yetişən xurma isə daha çoxu daxili bazara çıxarılır, qismən də Rusiyaya ixrac olunur".
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib ki, rayonda ümumi sahəsi 158,1 hektar olan xurma bağlarından bu il 689,08 ton məhsul yığılıb. Hər hektar üzrə məhsuldarlıq 45,1 sentner təşkil edib.
Həm Xaçmaz, həm də Şabran DAİM-ləri satışın zəif olmasını xurmaçılığın bu rayonların kənd təsərrüfatında əsas sahələrdən biri olmaması ilə izah ediblər (Report).

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi