Şimali Koreya bir il ərzində kirpik və parik ixracından 167 milyon dollar əldə edib
2023-cü ildə süni kirpiklər və pariklərin ixracı Şimali Koreya Xalq Demokratik Respublikasının iqtisadiyyatına 167 milyon dollar qazandırıb.
FED.az xəbər verir ki, bu barədə "Reuters" Çin gömrük məlumatlarına istinadən bildirir.
Qeyd edilib ki, 2023-cü ildə bu ixrac malları Şimali Koreya Xalq Demokratik Respublikasının Çin Xalq Respublikasına ixrac etdiyi malların ümumi həcminin təxminən 60%-ni təşkil edib.
COVID-19 pandemiyası səbəbindən Şimali Koreyadan Çinə ixrac müvəqqəti olaraq dayandırılmışdı və keçən il yenidən bərpa edilib. Bu müddət ərzində Şimali Koreya məhsullarına tələbat və qiymətlər bir neçə dəfə artıb. Əgər 2019-cu ildə Şimali Koreyadan kirpik, saqqal və parik ixracının həcmi 1680 ton (pul ifadəsində 31 milyon dollar) təşkil edirdisə, 2023-cü ildə Pxenyan bu məhsulların 1829 tonu üçün 5,5 dəfə çox gəlir əldə edib.
Bu kateqoriyaya aid mallar ciddi sanksiya məhdudiyyətləri altında Şimali Koreya üçün əhəmiyyətli valyuta gəliri mənbəyidir. Nəşrin məlumatına görə, onlar Çində son emal və qablaşdırmadan keçirlir, bundan sonra "Made in China" etiketi ilə bütün dünyada satılır. (Marja)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?