Simonyan "Google"u məhkəməyə verdi
"Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyi və RT telekanalının baş redaktoru Marqariya Simonyan "Google" korporasiyasını məhkəməyə verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, korporasiyaya daxil olan "YouTube" videohostinqində onun kanalının bloklanması ilə əlaqədardır.
Bildirilib ki, Moskva Arbitraj Məhkəməsi "YouTube" kanalının bloklanmasını qanunsuz olduğunu bildirən Simonyanın iddiasını icraata qəbul edib. Əgər "Google" kanaldan məhdudiyyətləri götürməkdən imtina etsə, şirkət məhkəmə aktının yerinə yetirilmədiyi hər keçən günə görə 100 min rubl cərimə olunacaq, məbləğ hər həftə iki dəfə artacaq.
İlkin məhkəmə prosesi oktyabrın 26-na təyin olunub.
Qeyd edək ki, Simonyanın "YouTube" kanalı 2022-ci ilin yazında bloklanıb. Ondan başqa, videohostinq administrasiyası dövlət tərəfindən maliyyələşən Rusiya mediasının digər kanallarına da girişi məhdudlaşdırıb. Sanksiyalar RT, "Birinci kanal", "Rossiya-1", "Zvezda", NTV və "Kultura" telekanallarına qarşı tətbiq edilib.
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB