Siqaretin ardınca toyuq əti və yumurta da bahalaşacaq?

Siqaretin ardınca toyuq əti və yumurta da bahalaşacaq?Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli ilə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov arasında görüş keçirilib. 
KONKRET.az xəbər verir ki, bu barədə Mürvət Həsənli Cebhe.info-ya açıqlamasında bildirib.
O qeyd edib ki, həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyevlə də görüş təşkil olunub.
Görüşdə Azərbaycanın quşçuluq təsərrüfatları üçün problem yaradan məsələlərlə bağlı problemlər müzakirə edilib.
Mürvət Həsənli açıqlamasında bildirib ki, bu həftə də digər nazirliklərdə də görüş keçirməyi düşünürük:
"Görüşün nəticələrinə uyğun olaraq da Nazirlər Kabineti qərar verəcək. Bu idxal bizdə həqiqətən böyük problemlər yaradır. Özəlliklə yaz aylarında vaxtı keçmiş məhsulların gətirilməsindən dolayı sahibkarlar normal məhsulları maya dəyərindən aşağı satmalı olur. Bu da sahibklarlara təsir edir. Yaxın zamanda yəqin ki, buna çarə tapılacaq".
O vurğulayıb ki, bunun qiymətlərə təsiri olmayacaq:
"Hazırda qiymətlərdə bahalaşma yoxdur, yaxın gələcək üçün də proqnozlaşdırılımır. Bu il keçən ilin müvafiq dövrünə nisbədə bahalaşma yoxdur, əksinə ucuzlaşma var. Hazırda yumurtanın bir ədədinin topdan satış qiyməti 11 qəpikdir. Keçən ilin müvafiq dövründə bu, 16 qəpik idi. O cümlədən toyuq ətinin hər kiloqramı ölkə üzrə 4.80 manat idisə, bu il 3.80-4.20 AZN arasında dəyişir. Mən sizə fabrikdən çıxma qiymətləri deyirəm. Gələcəkdə də qiymələrin qalxma ehtimalı yoxdur. Qış aylarında qiymətlərin qalxması isə yemin qiymətlərindən asılıdır.
Ölkədə ciddi şəkildə xaricdən idxal var. Həmin ixrac bizim yerli fabriklərin bir çoxuna təsir edir. Bu gələcəkdə damazlıq yumurtanın qıtlığına səbəb ola bilərsə, toyuq ətinin qiymətində bahalaşma görünəcək. Görüşdə bu məsələləri də müzakirə etdik, yekun nəticə açıqlanacaq".

Xəbərlər     Tarix: 08 avqust 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler pul qazanmaq dollar mezenne avtomobil xeberleri kripto