Şirkət rəhbəri: "BNA bizə qəsdən mane oldu, Avropa Bankından 12 milyon avroluq krediti ala bilmədik"
Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən islahatlar çərçivəsində Bakı Nəqliyyat Agentliyi (BNA) ləğv ediləndən sonra bu sahədə çalışan sahibkarlar Agentliyin vaxtilə onlara yaratdığı problemlərdən danışmağa başlayıblar.
FED.az xəbər verir ki, belə şirkətlərdən biri ölkənin böyük sərnişin daşıyıcılarından biri olan "Xaliq Faiqoğlu"dur.
Şirkətin rəhbəri Faiq Seyidov bildirir ki, məhz BNA-nın qəsdən yaratdığı maneə nəticəsində şirkətinin "Xaliq Faiqoğlu"nun böyük layihəsi yarımçıq qalıb:
"Biz beynəlxalq və yerli maliyyə qurumları ilə əməkdaşlıq edərək ölkəmizə xarici investisiyaların cəlb edilməsi, avtobus parklarının yenilənməsi məqsədilə layihələr icra edirik. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müasir avtobusların alınması və paytaxt sakinlərinin xidmətinə verilməsi məqsədilə 12 milyon avroluq müqavilə imzalamışdıq. Lakin həmin dövrdə Bakı Nəqliyyat Agentliyinin qanunvericiliyin tələbini pozaraq bizimlə uzunmüddətli müqavilə yox, qısamüddətli müqavilələr təqdim edərək, bağlamalı olduğu müqaviləni məqsədli şəkildə verməyərək süni maneələr yaratması layihənin yarımçıq dayandırılmasına, böyük maliyyə itkimizin formalaşmasına səbəb oldu.
Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyici qurumla daşıyıcı şirkət arasında "avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında" müqavilənin bağlanması tələbi müəyyən edilib. Lakin BNA tərəfindən bu müqavilələrə çox qısa müddətlər tətbiq etməsi və sair digər qanunsuz addımları sektorun dayanıqlılığının itirməsinə, maliyyə institutları tərəfindən etimadın azalmasına və sair ciddi risklərlə qarşı-qarşıya qalmasına gətirib çıxarıb".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?