"Şirkətlər universitetlərlərdən pulsuz kadrlar alırlar, onların gəlirlərinin 1 faizi universitetlərə yönəlməlidir"
"2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb".
Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var:
"2011-ci ildən heç bir universitet bir manat da olsa, maliyyə almayıb. Belə olan halda hansı elmdən söhbət gedə bilər?! Hamı reytinq, məqalə istəyir. Bəs bu nəyin hesabına olacaq?! Yenə də alimlərin özünün fədakarlığı hesabına, yaxud da təhsildən əldə edilən vəsait hesabına olur. Yadıma gəlir ki, ADNSU "universitet layihəsi" adı altında çıxış etmişdi. Maliyyə yoxlamalarında mənə ən böyük qüsur tutdular ki, buna elmi layihələrin maliyyələşdirməsi adı qoya bilməzsiniz. Ona görə də bu məsələlərlə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa universitet özü maliyyə ayıra bilsin".
Rektor vurğulayıb ki, müəssisələr universitetlərlərdən pulsuz kadrlar alırlar:
"Bu kadrlar müəssisələrə külli miqdarda gəlir gətirir. Müəssisələrin gəlirlərinin 1 faizi universitetlərin maliyyələşdirilməsinə yönəlməlidir. Sovet dövründə bu, 5 faiz idi".
© "Report" / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dropshipping nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir?
SMM nədir?