"Şirkətlərdə düzgün mükafatlandırma və cəzalandırma sistemləri qurmalıyıq"

Təhsil sistemi bazar tələbləri ilə uyğunlaşdırılmalıdır. Təhsil sisteminin dəyişilməsi ciddi bir çağırışdır.
FED.az xəbər verir ki, bu barədə "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov İnsan İnkişafı Forumunda deyib.
"Hər bir ölkənin əsas sərvəti insandır. Hər şey insanların verdiyi qərarların üzərində qurulur. Biz bilikdən bacarığın öyrədilməsinə keçməliyik. Bilik çox sadə yolla əldə olunur, məsələn internet, süni intellekt vasitəsilə. Bacarıq tam fərqli anlayışdır. Qərarların verilməsi, strateji düşüncə, kommunikasiya özü bir bacarıqdır. Bacarıqlar dünyasına keçməyi məktəb vaxtlarından öyrənmək lazımdır ki, bu da təhsil sisteminin dəyişməsinə gətirib çıxarır. Eyni zamanda, təhsil zamanı şagirdlərə özlərini tanımağı öyrətməliyik. İnsanlar gördüyü işlərin uğurlu nəticələri üçün işini sevməlidir, öz yollarını valideynləri deyil, özləri seçməlidir. Şirkətlərdə düzgün mükafatlandırma və cəzalandırma sistemləri qurmalıyıq. İlk növbədə, nəticəyə görə deyil, niyyətə görə dəyərləndirməliyik. Hər hansı səhvə görə cəza vermək düzgün qərar deyil. Hər bir insan mütəmadi olaraq öz üzərində işləməli, özünü kimlərləsə deyil, özünün dünənki günü ilə müqayisə etməlidir. Hər insan öz güclü və zəif tərəflərini də başa düşməlidir ki, uğurlu nəticəyə nail olsun", - deyə C.Qasımov diqqətə çatdırıb. (Azərtac)

Biznes     Tarix: 11 fevral 2025

Oxşar xəbərlər

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ

"Misri Private Dining & Terrace" yüksək zövqlü interyeri və zəngin mətbəxi ilə diqqət çəkir. xəbər verir ki, şəhərin səs-küyündən uzaq, rahat və prestijli atmosfer axtaranlar üçün nəzərdə tutulan bu məkan hə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Azərbaycanda restoranlarda ən az pul xərclənən 10 region – SİYAHI

Azərbaycanda restoranlarda ən az pul xərclənən regionlar məlum olub. Hansı bankın kartı ilə restorana getmək daha sərfəlidir? - BANKLAR, "KƏŞBƏK", SİYAHI (Noyabr, 2026). biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr


iqtisadi xeberler bitcoin biznes ideyalari valyuta kurslari bitkoin almaq