Şirvanda yük maşını evə çırpıldı - Sürücü xəsarət aldı
Şirvanda yük avtomobili yaşayış evinə çırpılıb.
KONKRET.az xəbər verir ki, hadisə Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"KamAZ" markalı avtomobili idarə edən Ağcabədi rayonunun Hüsülü kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Ravil Pərviz oğlu idarəetməni itirdiyindən maşın yoldan çıxıb. Nəticədə yük avtomobili fərdi yaşayış evinə çırpılıb, yaşayış evinin qarşısında dayanan "QAZel" markalı avtomobili aşırıb. Ev təsərrüfatına ciddi ziyan dəyib. Xəsarət alan sürücü Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
APA
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb