SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını 11 dəfəyədək artırıb
Bu ilin yanvar ayında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 966 668,636 ton neft və neft məhsulları idxal edib ki, bu da illik müqayisədə 26% çoxdur.
Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatına görə, 2022-ci ilin yanvar ayında zavod 767 385.504 ton neft idxal edib.
Məlumata görə, hesabat dövründə NEZ 415 313.019 ton neft məhsulları ixrac edib ki, bu da illik müqayisədə 11 dəfəyə yaxın çoxdur.
Əlavə etmək lazımdır ki, 2022-ci ilin mevafiq düvründə qeyd olunan göstərici 38 253.628 ton səviyyəsində olub.
Qeyd edək ki, NEZ-in əsas məhsullarını dizel yanacağı, təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ-lə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Swift nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Milyonlar qazandıran qəribə biznes ideyaları
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Green Card nədir və onu necə əldə etmək olar?