SOCAR İsrailin Aralıq dənizindəki iqtisadi sularında qaz axtaracaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında qaz axtarışı üzrə tenderin qalibi olub.
İsrailin Energetika Nazirliyi ölkənin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında qaz axtarışı üzrə iki tenderin qaliblərini elan edib.
Belə ki, G-6 klasterində lisenziya İsrailin "Dana Petroleum" və "Razio" şirkətləri və İtaliyanın ENI konsorsiumuna veriləcək. I-6 klasterində isə lisenziya İsrailin "New Med", Böyük Britaniyanın "British Petroleum" və SOCAR-a veriləcək.
Bildirilir ki, lisenziyalar 3 il müddətinə etibarlıdır və bu müddət ərzində konsorsiumlardan klasterdə qazın mövcudluğu potensialını qiymətləndirmək üçün fəaliyyət planını həyata keçirmələri tələb olunur. Bundan sonra, kəşfiyyat qazma işlərinin həyata keçirilməsi şərti ilə hər birinin iki illik iki uzadılması əldə edilə bilər.
Qeyd edək ki, ENI və BP Aralıq dənizi qaz bazarında əsas oyunçulardır. 2020-ci ildə Azərbaycan şirkəti "Aşdod" neft emalı zavodunu almaq üçün müraciət edib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Layihə menecmenti nədir?
Ən bahalı otellər hansılardır?