SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək
İqtisadiyyat naziri, Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliyanın "Eni S.p.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüblər.
SOCAR-dan verilən məlumata görə, görüş çərçivəsində şirkətlər arasında enerji layihələri, enerji təhlükəsizliyi və səmərəliliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə, həmçinin qaz nəqli infrastrukturları və dayanıqlılıq sahələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər Azərbaycanda və "Eni S.p.A" şirkətinin əməliyyatlar həyata keçirildiyi ölkələrdə yeni və mövcud apstrim layihələrində sinerji və investisiya imkanlarını, həmçinin milli və beynəlxalq qaz nəqli infrastrukturları, eləcə də istixana qazı emissiyalarını azaldılması üzrə layihələr və texnologiyalar, enerji sənayesində davamlı inkişafı təşviq edən mümkün əməkdaşlıq sahələri ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.
Görüşdə Memorandumun şirkətlərin dekarbonizasiya strategiyalarına uyğun olduğu vurğulanıb və sənədin bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyi bildirilib. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Hazır bizneslərdə ən çox edilən 5 səhv
CV-nin tərtib edilməsi prinsipləri
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Françayzinq nədir və necə olur?