Son 5 ildə verilən güzəştli ipoteka kreditinin həcmi açıqlanıb

Son 5 ildə verilən güzəştli ipoteka kreditinin həcmi açıqlanıb2023-cü ildə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən Fondun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 87,7 mln. manat və sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün 12,3 mln. manat olmaqla, cəmi 100,0 mln. manat vəsait ayrılıb.
Bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.

Güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün ayrılmış 87,7 mln. manat vəsaitin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşlar tərəfindən güzəştlə əldə edilməsinə yönəldilən hissəsi 40,0 mln. manat məbləğində müəyyən edilib, qalan 47,7 mln. manat isə digər güzəştli ipoteka kreditlərinin verilməsinə yönəldilib. MİDA-nın sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışına ilin əvvəlinə olan qalıqdan istifadə etməklə 2023-cü il ərzində 47,4 mln. manat vəsait sərf edilib ki, bu da 2022-ci illə müqayisədə 3,5 mln. manat çoxdur. MİDA xətti ilə həmin məqsəd üçün 2017-2023-cü illər ərzində ümumilikdə 235,0 mln. manat vəsait ayrılıb, 31.12.2023-cü il tarixinədək müvəkkil banklar tərəfindən ümumilikdə 209,6 mln. manat məbləğində güzəştli ipoteka krediti verilib, əvvəlki illərin qalığı nəzərə alınmaqla 25,4 mln. manat məbləğində vəsait isə Fondun Mərkəzi Bankdakı hesablaşma hesabında istifadəsiz qalıb.
Fondun hesablaşma hesabında 25,4 mln. manatın istifadəsiz qalması fonunda 2023-cü ildə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün dövlət büdcəsindən 12,3 mln. manat vəsait ayrılıb. İl ərzində bundan 6,6 mln. manat və ya 53,7% subsidiyaların verilməsinə istifadə edilib. Ümumilikdə 2018-2023-cü illər ərzində sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanınverilməsi üçün 53,8 mln. manat büdcə vəsaiti ayrılıb, faktiki icra 38,4mln. manat təşkil edib, 15,4 mln. manat istifadəsiz qalıb. İl sonunda istifadəsiz qalan vəsait il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitdən çox olmaqla, bu istiqamətə dövlət büdcəsindən ayrılan vəsaitdə qənaət imkanlarının olduğunu deməyə əsas verib. / banker.az

Banklar     Tarix: 23 may 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler online pul qazanmaq kripto dollar kursu bu gunun xeberleri