SON DƏQİQƏ: "Köhnə avtomobillərin qiyməti bu səbəbdən 10-15 faiz artacaq" - AÇIQLAMA

SON DƏQİQƏ: Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bəs görəsən ekspertlər bu addımı necə dəyərləndirirlər? Artıq sifariş verilən avtomobillərin aqibəti necə olacaq? Ümumiyyətlə bu qərar ölkənin avtomobil bazarına necə təsir göstərəcək? 
Mövzunu KONKRET.az-a şərh edən tanınmış iqtisadçı Xalid Kərimli bu qərarı normal dəyərləndirdiyini deyib: "Doğrudur, burada ekoloji şüur ön plandadır. Amma istənilən halda yaşı 10 ili ötmüş maşınların idxalı ölkənin avtomobil parkını korlayır və ətraf mühiti çirkləndirir. Ona görə də, cəmiyyətin maraqları baxımından düzgün qərardır. Özü də təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində bu cür qadağalar mövcuddur. İşlənmiş maşınları Azərbaycan kimi ölkələrə satmaqla inkişaf edən dövlətlər canlarını qurtarırdılar, öz avtomobil sənayelərinə fayda verirdilər və ətraf mühitlərini qoruyurdular. Ona görə də, Azərbaycanda belə bir qanunun qəbulunu normal sayıram".
SON DƏQİQƏ: Xalid Kərimli bildirib ki, ödənişi edilən avtomobillərin ölkəyə gətirilməsinə problem yaranmayacaq: "Bu, o deməkdir ki, ödəniş 8 ay öncədən həyata keçirilibsə və maşın ölkəyə hələ də gəlib çıxmayıbsa, o zaman verilən qərar həmin avtomobillərə şamil edilməyəcək. Yəni onların ölkəyə idxalına icazə veriləcək. Ancaq burada incə məqam ondan ibarətdir ki, xaricdən avtomil sifariş edən şəxsin əlində ödənişlə bağlı sənəd olmaya bilər. Bu şəxslər əziyyət çəkəcəklər və onların ölkəyə avtomobil idxalında problem yaranacaq. Digər bir məqam isə qərarın 30 gün sonra qüvvəyə minəcəyi ilə bağlıdır. Yəni vətəndaşlar ödənişi indi ediblərsə və avtomobili 30 gün müddətində ölkəyə gətirə biləcəklərsə, o zaman heç bir problem yaşanmayacaq. Söhbət ondan gedir ki, aprel ayının 29-dan sonra bu məsələlər Gömrük Komitəsində diqqətə alınacaq. Eyni zamanda yaşı 10 ildən çox olan minik vasitəsini gətirmək üçün martın 29-na qədər ödəniş həyata keçirilibsə, bu halda həmin avtomobili 3 ay sonra da ölkəyə keçirmək mümkündür. Amma vətəndaş əvvəlcə ödənişin həmin tarixdə edildiyi sübuta yetirməlidir. Burada məsələ ondan ibarətdir ki, 30 gün müddətində, yəni aprelin 29-na qədər sözügedən qərara baxılmayacaq. Ona görə də stənilən avtomobili idxal etmək olar. Qərarın icrasına 30 gündən sonra başlanılacaq. Bu halda əgər ödəniş martın 29-na qədər edilibsə, avtomobillərin gətirilməsinə icazə veriləcək. Amma ödəniş haqda sənədlər yoxdursa, onda problemlər yaranacaq və vətəndaş ziyana düşəcək".
İqtisadçının sözlərinə görə, bu, bazara çıxarılan məhsulun məhdudlaşdırılması haqda qərardır: "Ona görə də, avtomobil bazarında köhnə maşınların qiyməti artacaq. Yəni məhdudiyyət tətbiq edildiyindən ölkəyə daha bahalı avtomobillərin idxalı baş tutacaq. Bu da köhnə avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Ancaq söhbət 10-15 faizlik qiymət artımından gedə bilər. Yeri gəlmişkən, Azərbaycanda avtomobil sənayesi mövcud deyil. Bu səbəbdən də verilən qərar yerli maşın sənayesinin inkişafına ciddi təsir göstərməyəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az 

Xəbərlər     Tarix: 30 mart 2023

Oxşar xəbərlər

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı


iqtisadi xeberler pul qazanmaq bitkoin almaq 1000 manatla biznes bitkoin