"Sona qədər gedəcəyik" - Qazaxıstan neftçiləri TƏTİLƏ BAŞLADILAR
Qazaxıstanda neftçilər tətilə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Məlumatda bildirilir ki, Manqistau vilayətində Karakudukmunai müəssisəsinin işçiləri maaşlarının artırılmasını tələbilə tətil edirlər.
"Biz şirkət rəhbərliyindən maaşlarımızı 100 min tenge qaldırmağı xahiş edirik. Bu ilin mart ayında biz artıq tətilə çıxmışdıq, sonra rəhbərlik tələbimizi yerinə yetirəcəyini vəd etdi, amma yerinə yetirmədi. Bu gün biz tətilimizi rəsmi olaraq qeydə aldıq və sona qədər getməyə hazırıq. Rəhbərliyin qərarını gözləyəcəyik", – deyə neftçilər bildiriblər.
Onların sözlərinə görə, səlahiyyətlilər artıq hadisə yerinə baş çəkib, lakin heç nə etməyiblər.
Tətilçilər etirazın istehsalın dayanmasına səbəb olmayacağını vurğulayırlar.
Xuraman Etibarlı,
KONKRET.az
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad