Sosial sahibkarlıqla bağlı qanun layihəsi hazırlanır
Azərbaycanda sosial sahibkarlıqla bağlı ayrıca qanun hazırlanmalıdır. Bu, həm də sahibkarlığın dəstəkləməsi olar.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Büdcə Məcəlləsinin hazırlanması və daha tez qəbul edilməsi məqsədəuyğun olardı: "Büdcə gəlirlərimiz artır, bu da Azərbaycanın gücünü göstərir. Eləcə də yeni Vergi Məcəlləsinin qəbuluna ehtiyac var. Vergi Məcəlləsində daha fundamental yanaşmalara, meyarlar əsasında vergi dərəcələrini işləməyə ehtiyac var. Yeni Məcəllə imkan verməlidir ki, sahibkarlar yeni vergi mühitindən istifadə edə bilsin. Yeni meyarlar Vergi Məcəlləsinə gətirilməlidir".
Komitə sədri Tahir Mirkişili qeyd edib ki, sosial sahibkarlıqla bağlı qanun layihəsi hökumət tərəfindən hazırlanır: "Səhv etmirəmsə, siz də orada iştirak edirsiniz. Hər üç təkliflə bağlı biz müzakirələr aparmalıyıq. Kifayət qədər aktual və maraqlı təkliflərdir". (Apa)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?