S&P: Azərbaycan iyulda "OPEC+" kvotasından 184 min barel geri qalıb

S&P: Azərbaycan iyulda Bu ilin iyul ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 500 min barel səviyyəsində olub.
Bu barədə "Platts"ın məlumatları əsasında tərtib olunmuş "S&P Global Commodity Insights"ın icmalında bildirilir.
Məlumata görə, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.
Beləliklə, "S&P Global Commodity Insights"ın icmalına əsasən, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 184 min barel geridə qalıb.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin iyun ayında Azərbaycanda gündəlik xam neft hasilatı 500 min barel təşkil edib.
Qeyd edək ki, razılaşmanın çərçivəsində "OPEC+" üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1.4 milyon barel azaldacağını bəyan edib.
Xatırladaq ki, aprel ayında "OPEC+"-ın bir neçə üzvü, o cümlədən Səudiyyə Ərəbistanı, iclasdan bir müddət əvvəl, könüllü olaraq, kvotaları aşaraq, may ayından ilin sonuna kimi gündəlik hasilatı 1.66 milyon barel azaltdıqlarını elan ediblər. Həmçinin Ər-Riyad iyul və avqust aylarında gündəlik hasilatı 1 milyon barel, Əlcəzair isə avqustda 20 min barel azaltmaq qərarına gəlib. Rusiya da öz növbəsində avqust ayında gündəlik neft ixracını 500 min barel azaldacağını açıqlayıb. / banker.az

Xəbərlər     Tarix: 09 avqust 2023

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler en son xeberler valyuta mezennesi dollar mezenne birbank