"SpaceX" növbəti dəfə "Starlink" peyklərini orbitə çıxarıb
"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet şəbəkəsinin orbital qruplaşmasını artırmaq məqsədilə 56 mini peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.
Bu barədə "SpaceX" şirkəti məlumat yayıb.
Qeyd olunub ki, buraxılış ABŞ-nin şərq sahili vaxtı ilə çərşənbə günü saat 16:01-də (Bakı vaxı ilə cümə axşamı saat 00:01-də) Florida ştatındakı Kannaveral burnundakı Amerika Kosmik Qüvvələri bazasından həyata keçirilib.
Təxminən bir saat sonra peyklər müəyyən olunmuş orbitə çıxarılıb.
Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən həyata keçirilmiş 80-ci, bu ilin əvvəlindən isə – 11-ci buraxılış olub. "SpaceX" orbitə artıq 4,2 mindən çox belə peyk çıxarıb. Onlardan bir qismi sıradan çıxıb, yaxud orbiti tərk edib. Hazırda 3,9 mindən çox cihaz orbitdə işlək vəziyyətdə qalmaqdadır. / banker.az
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə