"Sportinq" Ronaldunu trasfer etməkdə israrlıdır
Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun transferi üzərində işi gücləndirib.
KONKRET.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin idman direktoru Uqu Viana 37 yaşlı hücumçu və onun nümayəndələri ilə əlaqə saxlayıb.
Direktor Ronaldunu karyerasını "Sportinq"də davam etdirməyə çağırıb. Komandanın cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirakı təcrübəli forvardın seçiminə təsir edə bilər.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var. Ronaldu "Sportinq"in yetirməsi olub. O, 1997-2003-cü illərdə bu klubun formasını geyinib.//Report
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c