Stadnik İslamiadada 33 saniyəyə qələbə qazandı
Qadın güləşi üzrə dördqat Olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat və IV İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən İslamiadaya parlaq qələbə ilə başlayıb.
KONKRET.az xəbər verir ki, təxminən bir illik fasilədən sonra güləş döşəyinə qayıdan Stadnik A qrupunda Qazaxıstan təmsilçisi Svetlana Ankiçeva ilə qarşılaşıb.
O, 33 saniyəyə rəqibindən xallar alaraq görüşü erkən qələbə ilə başa vurub.
Azərbaycanın digər qadın güləşçisi, üçqat Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının gümüş, II Avropa Oyunlarının bürünc medalçısı Alyona Kolesnik (59 kq) də İslamiadaya qələbələrlə başlayıb. 59 kq çəkidə yer alan Kolesnik əvvəlcə qazaxıstanlı Dürdanə Bekeşi vaxtından əvvəl 12:0, daha sonra özbəkistanlı Dilfuzə Aymbetovanı 6:3 hesabı ilə üstələyib.//Report
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB