Stiv Rotşteynin ömürlük limitsiz aviabileti – Hekayə
1980-ci illərin əvvəllərində "American Airlines" aviaşirkəti səyahətçilər üçün xüsusi kampaniyaya başlatdı – limitsiz AAirpass biletini yaratdı. Dünyanı tez-tez gəzən Stiven Rotşteyn özünə belə bir ömürlük bileti 250 min dollara aldı. Bilet müştəriyə aviaşirkətin təyyarələri ilə dünyanın istənilən nöqtəsinə məhdudiyyətsiz birinci sinifdə uçmağa imkan verirdi.
Rotşteyn o qədər tez-tez uçurdu ki, qısa zamanda ödədiyi pulu doğrultdu. O, səhər başqa ölkəyə uçub axşam qayıda bilərdi. Rotşteyn ilə birlikdə yaşayan qohumlar onun həmin gün harasa uçduğunun fərqinə belə varmırdı. Bu, 20 il davam etdi.
2008-ci ildə Çikaqodan Bosniyaya bilet bron etmək istəyərkən "American Airlines" Rotşteynə onun bonus kartının müddətinin bitdiyini bildirdi. Rotşteyn şoka düşdü. O, müqavilənin şərtlərinə görə kartı qaytarmaq ümidi ilə şirkəti məhkəməyə verdi, lakin məhkəmə aviaşirkətin tərəfini tutdu.
Məlumdur ki, belə bonus biletini alan müştərilərə görə şirkət bir neçə il ərzində 66 milyon dollar mənfəət itirib. Rotşteyn tərəfindən həyata keçirilən uçuşların ümumi dəyəri 21 milyon dollar olub. Limitsiz biletdən istifadə zamanı o, 10 minə yaxın uçuş həyata keçirib. Qeyd edək ki, AAirpass kartları artıq satışda yoxdur. / banker.az

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10