"Sumqayıt Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanlarında dəyişikliklər
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda şirkətin Baş İcraçı Direktoru vəzifəsinə Ələkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadənin təyin olunmasına dair qərar qəbul olunmuşdur.
FED.az xəbər verir ki, STP-nin Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzun illər ərzində PAŞA Qrupa daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və strateji planlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Bu baxımdan, yeni sədrin rəhbərliyi STP-nin institusional gücünü daha da artıracaq və dayanıqlı inkişafına töhfə verəcək.
Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni Baş İcraçı Direktor daha əvvəl SOCAR, Equinor, Ernst & Young, PwC, PAŞA İnşaat və bir sıra digər iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikinti sahələrini əhatə edir və bu da öz növbəsində STP-nin növbəti inkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimi qurumlarda rəhbər vəzifələrdə çalışmış, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənaye siyasətləri sahəsində fəal iştirak edib.
Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib.
Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehov icra edirdi.
Hazırda STP Şirkətlər Qrupu 250 hektarlıq ərazidə, 30-dan çox istehsalat sahəsi ilə fəaliyyət göstərir və 2000-dən artıq əməkdaş çalışır. Şirkət "Made in Azerbaijan" brendi altında Avropa, Rusiya, Türkiyə və Orta Asiya bazarlarına yüksək keyfiyyətli məhsullar ixrac edir. STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəsi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləyərək əldə edə bilərsiniz.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?