Süni şəkildə yaradılmış toyuq ətinin satışına icazə verildi
Amerika şirkətləri süni şəkildə yaradılmış toyuq ətinin satışına başlayacaq.
KONKRET.az xəbər verir ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi süni quş hüceyrələrindən ət yetişdirmək üçün yaşıl artıq işıq yandırıb.
Ölkənin Qida və Dərman Administrasiyası toyuq ətinin heç bir şəkildə insanların sağlamlığına zərər verməyəcəyini bildirdikdən sonra istehsala rəsmi icazə verilib.
Qeyd edək ki, yeni ət növü polad çənlərdə müasir texnologiyalardan istifadə edilməklə yaradılır. Burada canlı quş hüceyrələrindən, mayalanmış yumurtalardan və ya xüsusi "hüceyrə banklarından" istifadə edilir. Bundan sonra ət kütləsindən kotletlər, kolbasalar və file parçaları istehsal olunacaq.
Ekspertlər qeyd edirlər ki, innovativ məhsulların maya dəyəri təsərrüfat şəraitində yetişdirilən quş ətindən xeyli yüksək olacaq. İstehsal şirkətləri məhsullarını əvvəlcə San Fransisko və Vaşinqtondakı restoranlara satacaqlar.
Xatırladaq ki, ətin nəzəri olaraq bioreaktorda yetişdirilə biləcəyi faktı 80 il əvvəl məlum idi. İlk dəfə süni liflər laboratoriyada 70-ci illərin əvvəllərində yaradılıb. Aktiv tədqiqatlar 20 ildən sonra aparılmağa başlayıb. 2009-cu ildə holland alimləri süni şəkildə donuz balası yarada biliblər. Tədqiqatçılar əmin edirlər ki, becərilən ət Rusiya Federasiyasının ticarət rəflərində də görünə bilər.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Birbank xidmətinə necə qoşulmaq olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
McDonalds haqqında maraqlı faktlar
1000 manatla hansı biznesi qurmaq olar?