Tahir Mirkişili: "Türkiyənin Azərbaycana investisiyalarının artmasına şərait yaranacaq"
Azərbaycan və Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması Türkiyənin Azərbaycana investisiyalarının artmasına, iki ölkənin sahibkarlarının biznes fəaliyyəti üçün əlverişli mühitin formalaşmasına şərait yaradacaq.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, bununla bağlı imzalanmış sazişlə qarşı tərəf Azərbaycana münasibətdə yalnız hüquqi şəxslər üçün mənfəət vergisi, fiziki şəxslər üçün isə gəlir vergisi tətbiq edəcək: "Ölkələrdən birinin rezidentinin digər ölkədə vergiyə cəlb edilə bilən gəliri olduqda, rezidenti olduğu ölkə onu eyni məbıəğdə gəlir vergisindən azad edəcək. Sadə dillə desək, Azərbaycan vətəndaşı Türkiyədə gəlir vergisinə cəlb edilsə, onun ölkəmizdə ödəyəcəyi vergi həmin məbləğdə azaldılacaq".
"Azərbaycanla Türkiyə arasında münasibətlər sürətlə inkişaf edir. Ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 31 % artaraq 7,65 milyard ABŞ dollarına çatıb. Hazırda Türkiyədə 2,8 min Azərbaycan şirkəti, Azərbaycanda isə 5 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir", - deyə T.Mirkişili əlavə edib.
Xatırladaq ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" bu ilin fevral ayında Ankara şəhərində imzalanıb. (Report)

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Yatırım olmadan necə biznes qurmaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes plan necə yazılır?