"Taliban" rəsmisi generalın qızını polis idarəsində zorladı
"Taliban"ın Daxili İşlər Nazirliyinin keçmiş sözçüsü Kari Səid Xosti ABŞ-ın ölkəni işğalda saxladığı dövrdə Əfqanıstan ordusunda general kimi xidmət etmiş hərbçinin qızını zorla evlənməyə məcbur etdirməkdə və onu zorlamaqda ittiham edilir.
KONKRET.az xəbər verir ki, İlahə adlı qadın Kabil Dövlət Universitetinin tələbəsi olub. Qadın bildirib ki, Səid Xosti onu polis idarəsində zorlayıb.
İlahə oraya zorla gətirilib və ondan "Taliban"ın keçmiş sözçüsü ilə nikaha girmək tələb edilib.
Əri tərəfindən davamlı döyülmələrə məruz qalan İlahə Pakistana qaçmaq istəyərkən sərhəddə həbs edilib.
Qadın mətbuat vasitəsi ilə yaydığı açıqlamada "Taliban" üzvlərinin ondan qisas almağa hazırlaşdıqlarını bildirib.
Hadisəyə Səid Xosti də münasibət bildirib.
O, İlahə ilə evləndiyini etiraf etsə də, hər şeyin qadının razılığı ilə olduğunu bildirib.
Səid Xosti əlavə edib ki, İlahə dinindən çıxıb və islam müqəddəslərini təhqir etdiyi üçün ondan boşanıb. Səid Xosti İlahəni heç vaxt döymədiyini də vurğulayıb.//Oxu.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Bitcoin necə işləyir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV-nin tərtib edilməsi prinsipləri