TANAP-la Türkiyə və Avropaya 40 mlrd. kubmetr Azərbaycan qazı çatdırılıb
Trans-Anadolu qaz kəməri (TANAP) işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) onun vasitəsi ilə Cənub Qaz Dəhlizi çərçivəsində Türkiyə və Avropaya 40 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib.
Qeyd olunan dövrdə TANAP vasitəsi ilə Türkiyəyə 20.5 mlrd. kubmetr, Avropaya isə 19.5 mlrd. kubmetr qaz nəql edilib.
Qeyd olunur ki, ötən il TANAP-la Türkiyə və Avropaya 17 mlrd. kubmetrdən artıq qaz nəql edilib, bunun 5.8 mlrd. kubmetri Türkiyəyə, 11.3 mlrd. kubmetri isə Avropaya çatdırılıb.
Hazırda TANAP-ın ötürmə gücü 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.
Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə ötən ilin dekabrın 31-də başlanılıb. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Françayzinq nədir və necə olur?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dropshipping nədir?
İlon Mask kimdir?