Tanınmış iş adamı həbsdən buraxıldı
Dələduzluq ittihamı ilə həbs olunan tanınmış iş adamı Rövşən Mehdiyev azadlığa çıxıb.
Azərbaycanlı iş adamı - HƏBS EDİLDİ
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.
Qərara əsasən, Rövşən Mehdiyev ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin rəhbəridir. O, həmçinin Çində "Falson", Qırğızıstanda "Brok Magistr", Türkiyədə "AEMİ" şirkətlərinin, 2022-ci ildə Azərbaycanda yaradılmış "Union Logistika" şirkətinin təsisçisidir.
İş adamı məhz "Union Logistika" ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, müştərilər Çindən aldıqları müxtəlif məhsulları şirkətə təhvil versələr də, malları onlara çatdırılmayıb. Faktla bağlı polis tərəfindən aparılan istintaq nəticəsində Rövşən Mehdiyev 2025-ci ilin yanvarında həbs olunmuşdu.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?