Tarif Şurası Aİ-92 və dizelin aksiz dərəcələri ilə bağlı qərar verdi
Nazirlər Kabinetinin "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında" 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub.
Bu barədə azxeber.com-a Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib.
Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 fazdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 26 iyul 2022-ci il tarixli Qərarına yenidən baxılması və Nazirlər Kabinetinin Qərarına uyğunlaşdırılması zərurəti yaranıb.
Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətinə təsir göstərmir və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir. Belə ki, Tarif (qiymət) Şurasının Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymət zəncirində daxili dəyişiklik edilərək, artan aksiz məbləğləri qədər istehsalçı tarifləri azaldılıb, topdansatış tarifləri isə mövcud səviyyədə saxlanılıb.
Qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Bitcoin necə işləyir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV-nin tərtib edilməsi prinsipləri