Tayvan ilk rabitə peykini buraxacaq
Tayvan ABŞ-ın "SpaceX" şirkətinin köməyi ilə 2026-cı ildə ilk rabitə peykini buraxmağı planlaşdırır.
Taybey ümumilikdə altı "b5g" kosmik gəmisini Yer orbitinə çıxarmağı planlaşdırır, bunlardan ikisi adanın elmi təşkilatları tərəfindən, dördü isə kommersiya podratçılarının iştirakı ilə hazırlanmışdır. İlk peykin buraxılışı 2026-cı il, ikincisi isə 2028-ci il üçün nəzərdə tutulub. Onların işə salınması Tayvana 28 milyon dollara başa gələcək.
Keçən ilin iyul ayında Tayvan Triton ("Külək tutucu") adlandırılan ilk meteoroloji peykini buraxmağı planlaşdırdığını bildirib.
2022-ci ilin iyul ayında Tayvan Mərkəzi Xəbər Agentliyi mini peykləri orbitə çıxarmaq üçün nəzərdə tutulmuş hibrid HTTP-3A raketinin sınaqdan keçirildiyini bildirib. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nədir?
Bitcoin nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?