Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad olunur
Təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqlar, cihazlar, qurğular və digər vasitələr gömrük rüsumundan azad ediləcək.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq.
Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanda 4500 ümumtəhsil məktəbi var, il ərzində 20 milyon manatlıq avadanlıq idxal olunur. Deputat bildirib ki, qanun layihəsinin qəbulu ilə buna tətbiq edilən rüsum ləğv ediləcək: "Bu qanun layihəsinin müzakirəsi zamanı səsləndirilən təkliflərdən biri də bunun özəl ümumtəhsil müəssisələrinə də tətbiq olunması ilə bağlıdır. Bildirim ki, bu, Təhsil Nazirliyinin hazırladığı siyahı əsasında tətbiq olunacaq".
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Fond birjası nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Biznes planı necə yazmaq lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv