The Telegraph: "Liz Trass Baş nazir olarsa, elektrik enerjisinin qiymətlərini dondura bilər"
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Baş nazir vəzifəsinə seçiləcəyi təqdirdə evlərdə elektrik enerjisinin qiymətlərini dondura bilər.
KONKRET.azxəbər verir ki, bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
O bildirib ki, Baş nazir kimi fəaliyyətinin ilk həftəsində artan elektrik enerjisi qiymətləri ilə mübarizə planını təqdim edəcək.
Liz Trass ölkənin ən böyük enerji şirkətləri və maliyyə nazirliyinə namizəd Kvazi Kvartenqlə hesabların dondurulmasını müzakirə edib.
"Scottish Power" şirkəti iki il ərzində məişət elektrik enerjisinin qiymətlərini dondurmaq üçün 100 milyard funt sterlinqlik plan təklif edib. Digər enerji şirkətləri bu təklifi dəstəkləyib.
Mənbələrin məlumatına görə, son iki həftə ərzində hesabların dondurulması ehtimalı aktiv şəkildə müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl Liz Trass ölkədə enerji böhranının bir neçə il davam edə biləcəyini bildirib. Hazırda Britaniyada qiymətlər illik müqayisədə yeddi dəfə artıb.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
1000 manatla hansı biznesi qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Start-up nədir?