The Times: "Trass Çini Britaniya üçün təhdid elan edəcək"
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass baş nazir olacağı təqdirdə Çini ölkənin təhlükəsizliyinə təhdid elan etməyi planlaşdırır.
KONKRET.azxəbər verir ki, bu barədə "The Times" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, xanım Trass Çinin təsirinə qarşı çıxmaq kursu seçərək, ölkənin fərqli xarici siyasətini qurmaq istəyir.
O, debat zamanı Çinə qarşı siyasətin sərtləşdirilməsi planlarından danışıb.
Qeyd edək ki, 2021-ci ilin martında Britaniya hakimiyyəti ölkənin 2030-cu ilə qədər müdafiə və xarici siyasətinin kompleks icmalını təqdim edib.
Burada Britaniyanın təhlükəsizliyinə əsas təhdid kimi Rusiya, müttəfiqi isə ABŞ göstərilir. Eyni zamanda, sənəddə Çin ilə əlaqələrin inkişaf etdirilməsi, kibertəhlükəsizlik, kosmos, iqlim və insan hüquqları sahəsində fəaliyyətinin davam etdirilməsi planlarından danışılıb.
İqbal Rzayev,
KONKRET.az
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml