"Tranzit yolların möhkəmlənməsi regionun inkişafı üçün mühüm amildir
"İranın coğrafi mövqeyi tranzit marşrutların gücləndirilməsi və regional inkişafı dəstəkləmək üçün çox əlverişli imkanlar yaradır".
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrov ilə danışıqlardan sonra deyib.
"İran əhəmiyyətli coğrafi mövqeyə malikdir. Şimal-Cənub istiqaməti də daxil olmaqla tranzit marşrutların gücləndirilməsi regionun inkişafı və onun ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm amildir. Şimal-Cənub istiqamətində bütün marşrutların aktivləşdiriləcəyinə ümid edirik. Marşrutun Şərq qolu artıq istifadəyə verilib. Qərb qolunu da tamamlamağa hazırıq. Bu xəttin tamamlanması Moskva ilə müzakirə olunur. İran tərəfi bu marşrutun qalan hissəsinin tikintisi ilə ciddi şəkildə məşğul olur. Bu, bu gün müzakirə etdiyimiz ən vacib məsələlərdən biridir", - Abdullahian Lavrovla birgə mətbuat konfransında bildirib.
O, həmçinin İran İslam Respublikasının Cənubi Qafqazda geosiyasi dəyişikliklərə qarşı olduğunu bəyan edib.
///Report

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Bitcoin necə işləyir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV-nin tərtib edilməsi prinsipləri