"Trendyol" ötən ilin Azərbaycan üzrə alış-veriş məlumatlarını paylaşıb
Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" Azərbaycandan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşır.
FED.az xəbər verir ki, ötən il ərzində "Trendyol" Azərbaycana 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika, dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. ""Trendyol""dan ən çox sifariş olunan məhsullar arasında geyim 60 %-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.
İl ərzində 500 milyondan çox ziyarət edilən "Trendyol" platformasının gündəlik aktiv istifadəçilərinin sayı 788 min nəfər təşkil edib.
Ən çox alış-veriş edənlər Bakı, Abşeron, Sumqayıt sakinləridir.
Ötən il Azərbaycandan bu platforma vasitəsilə sifariş edən müştərilərin 70 %-i qadınlar olub.
Trendyol öz müştərilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1 500-dən artıq kateqoriyada məhsul təqdim edir.
Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var. Son iki ildə "Trendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.
"Trendyol" bu yaxınlarda Bakı Biznes Klubu tərəfindən ""İlin ən yaxşı e-ticarət platforması"" mükafatına layiq görülüb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Evdə biznes qurmağın yolları
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?