"Trendyol" Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində Olimpiya Kolleksiyasını təqdim edir - FOTOLAR

Türkiyə, Azərbaycan, Almaniya, Mərkəzi və Şərqi Avropa ölkələri, eləcə də  Körfəz dövlətlərində yaşayan azarkeşlər bu məhsulları "Trendyol" tətbiqi vasitəsilə əldə edə biləcəklər
FED.az xəbər verir ki, Türkiyənin aparıcı e-ticarət və dünyanın ən qabaqcıl kommersiya platformalarından biri olan "Trendyol" Paris-2024 Yay Olimpiya Oyunlarına həsr edilmiş Olimpiya Kolleksiyasını təqdim edib.
Olimpiya Kolleksiyasına köynəklər, polo köynəkləri, şortlar, donlar, hudilər, beysbol papaqları, panamalar, çimərlik dəsmalları və tote çantaları daxildir. Bu məhsullar "Trendyol" platforması vasitəsilə Türkiyə, Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, Almaniya, Avstriya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Yunanıstanda satışa çıxarılacaq.
İdman həvəskarları bu məhsulları həmçinin İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyinin mağazasından və Olimpiya Oyunlarının rəsmi onlayn mağazasından da əldə edə bilərlər. Bütün məhsullar Türkiyənin seçilmiş tədarükçüləri tərəfindən istehsal olunub və Olimpiya simvolları ilə bəzədilib.
"Biz Olimpiya Kolleksiyasını təqdim etməkdən böyük qürur duyuruq. Öz dizaynerlərimiz tərəfindən yaradılan və Türkiyə tədarükçülərinin istehsalı olan yüksək keyfiyyətli bu geniş məhsul çeşidi Türkiyə məhsullarını  dünya səhnəsində tanıtmaq məqsədinə xidmət edir", - deyə "Trendyol Qrup"un prezidenti Çağlayan Çətin bildirib.
Olimpiya Kolleksiyası "Trendyol"un keçən ilin dekabr ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə imzaladığı lisenziya müqaviləsinə əsasən hazırlanıb. Bundan əlavə, "Trendyol" onun strateji investoru olan "Alibaba Group"un Qlobal Olimpiya Tərəfdaşlığı çərçivəsində, BOK-un "Elektron Ticarət Xidmətləri Tərəfdaşı" kimi Türkiyə və Avropa iqtisadi bölgəsində Olimpiya nişanları və təsvirlərindən istifadə etmək hüququnu qazanıb.  

Biznes     Tarix: 03 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ 

Bakı şəhərindəki restoranların dövriyyəsi sürətlə artmaqdadır. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə (restoranların) dövriyyəsinin həcmi 2 milyar

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

"PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyasının sonuncu tirajının qalibləri müəyyənləşib və 2-ci avtomobilin sahibi bilinib. xəbər verir ki, bəxtəvər qalib Emil Sultanov "Changa

Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR 

"Süsən Aqro" MMC-nin (VÖEN: 1501826371) fəaliyyətinə xitam verilib. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin fəaliyətin


iqtisadi xeberler bitkoin qiymeti dollar məzənnəsi valyuta xeberleri kicik biznes