TÜİB-in təşkilatçılığı ilə sahibkarların KOBİA və Vergi Xidməti rəsmiləri ilə görüşü - FOTOLAR

TÜİB-in təşkilatçılığı ilə sahibkarların KOBİA və Vergi Xidməti rəsmiləri ilə görüşü - FOTOLARTÜİB-in təşkilatçılığı ilə sahibkarların KOBİA və Vergi Xidməti rəsmiləri ilə görüşü keçirilib.
Bakıda Türkiyə Katılım Bankaları Birliyinin nümayəndələri ilə - GÖRÜŞ KEÇİRİLİB
FED.az xəbər verir ki, iyunun 22-də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvlərinin dövlət qurumları ilə görüşü "Bakı KOB Evi"ndə baş tutub.
Dövlət Vergi Xidməti (DVX) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəsmilərinin TÜİB üzvləri ilə görüşündə əsas müzakirə mövzusu vergi sahəsində aparılan islahatar və TÜİB üzvlərini maraqlandıran sualların cavablandırılması olub.
Vergi Xidmətinin sədrinin müşaviri Arif Quliyev, KOBİA İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov və Dövlət Vergi Xidmətinin rəsmiləri – Vergi siyasəti baş idarəsinin Vergi Qanunvericiliyi İdarəsinin rəisi Rəşad Nuriyev, Bəyannamələr və kameral yoxlamalarına nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Əzizli, Baş Dövlət vergi müfəttişi Kənan Əliyev və Dövlət Vergi müfəttişi Fariz Salahov sahibkarların vergi sektoru ilə bağlı suallarını cavablandırıb, yeniliklər barədə məlumat veriblər.
Tədbirdə KOBİA-nın fəaliyyəti ilə bağlı geniş təqdimat keçirilib, burada qurumun məqsədləri, fəaliyyət prinsipləri, həyata keçirdiyi işlər, sahibkarlara dəstək mexanizmləri nümayin etdirilib. Eləcə də kiçik və orta sahibkarlığını inkişafı, onların ölkə iqtisadiyyatındakı mövqeyi ilə bağlı mövcud vəziyyət və proqnozları açıqlanıb.
Bildirilib ki, əsas məqsəd KOB-ların iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, ölkədə gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi və onların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsidir.
Daha sonra qeyd olunub ki, hazırda ölkədə 1 milyon 435 min KOB subyeti var, onların 1 milyon 249 mini sahibkar, 186 mini isə şirkətdir.
Təqdimatda bildirilib ki, 2021-ci ildə qeyri-neft-qaz ÜDM-in artımı 7,2% olduğu halda, 2026-cı ildə bu rəqəm 1,3 dəfəyə yüksələcək. Qeyri-neft-qaz sektorunda KOB-ların payı isə 2020-ci ildəki 23,5%-dən, 2026-cı ildə 35%-ə yüksələcək. Eləcə də qeyri-neft/qaz sektoruna investisiyaların cəlbi, onların ixracda və məşğulluqda payının artması gözlənilir.
Bu işlərin həyata keçirilməsi üçün KOBİA sahibkarlara KOB evləri və KOB dostları ilə dəstək verir. Hazırda ölkənin müxtəlif regionlarında 42 KOB dostu ofisi və 48 KOB dostu fəaliyyət göstərir.
Burada sahibkarlara "Biznesi planla", "Biznesə başla", "Biznesi işlət", "Biznesi inkişaf etdir" kimi istiqamətlərdə dəstək göstərilir.
Dövlət Vergi Xidmətinin nümaynədələri isə TÜİB üzvləri və iştirakçılar qarşısında yeni formalaşdırılacaq "Vergi Ombudsmanı" ilə bağlı təqdimat ediblər. Bildirilib ki, yeni xidmətin məqsədi Vergi ödəyicilərinin hüquqları və qanuni mənafelərini müdafiə etmək, hüquqların pozulması faktlarını həm qanunvericilikdə həm də inzibati praktikada aşkar etmək və pozulmuş hüquqların bərpasına köməklik etməkdir.
Bu məqsədlə Ombudsman xidməti sahibkarlarla təmasda olacaq, onlarla bağlı prosesləri izləyəcək, qanunvericiliyi analiz edərək rəy bildirəcək. Təqdimatda sahibkarların Vergi Ombudsmanına müraciət üsulları və onların hüquqlarının qorunması mexanizmləri də açıqlanıb.
Tədbirdə iştirak edən TÜİB üzvləri onları maraqlandıran məsələlər barədə sualların qaldırmaqla yanaşı, bir sıra məsələlərlə bağlı təkliflərini də səsləndiriblər. Bütün təkliflər diqqətlə dinlənilib və onlara şərhlər verilib, iş adamları və sahibkarlar görüşdən olduqca razı qalıb, dövlət qurumları ilə belə görüşlərin davam etdirilməsini vacib sayıblar.
Tədbirin sonunda rəsmi qonaqlara "Cocuq Mərcanlı Suvenir Mərkəzi"ndə istehsal edilən suvenirlər təqdim edilib.

Biznes     Tarix: 25 iyun 2023

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun