Türk Dövlətləri Təşkilatında ƏN AŞAĞI MAAŞ verən ölkə hansıdır? - ARAŞDIRMA
Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi üzvlər arasında Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası var. Gələcəkdə Turan ittifaqının qurulması amalı ilə hər bir azərbaycanlının adıçəkilən təşkilata ümidləri böyükdür.
Bu ölkələrdən bəzilərinin əhalisi, ərazisi də Azərbaycanla müqayisədə çox iridir.
Bəs əmək haqqı?
KONKRET.azminimum əmək haqqı statistikasına TDT-nin müşahidəçi üzvlərindən başlayır.
1. Macarıstanda işçilərin 1 saata görə brutto qazancı (1553 forint – 4 avro) 7 manatdır. Macarıstan hökumətinin məlumatına görə 2022-ci ildə bu ölkədə minimum əmək haqqı 970 AZN təşkil edib;
2. Digər müşahidəçi üzv Türkmənistanda isə gələn ildən minimum məvacibin məbləği 560 manatı ötəcək;
3. Şimali Kipr Türk Respublikasında minimum əmək haqqı 550 manatdan çoxdur.
TDT üzvləri:
– 2023-cü ilin yanvarından Türkiyədə minimum əmək haqqı 770 manatı keçəcək;
– Azərbaycanda minimum əmək haqqı 300 manatdır;
– Qazaxıstanda minimum maaş 260 AZN-dir;
– Qırğızıstanda 150 AZN;
– Özbəkistan 140 AZN.
TDT-nin müşahidəçi üzvləri olan respublkikalarda minimum əmək haqqı Azərbaycandakı ən aşağı maaşdan 2-3 dəfə artıqdır. Lakin üzvlər arasında Azərbaycan yalnız Türkiyəyə uduzur. İndiki fərq 250 manat olsa da, 2023-də 470-ə qalxa bilər. Amma Azərbaycanda minimum əmək haqqı 2023-cü ildə 50 manat artırılaraq 350 AZN olsa, Türkiyə ilə minimum maaş fərqimiz 420-yə enəcək.
KONKRET.az-ın Araşdırma Qrupu

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Green Card nədir və onu necə əldə etmək olar?
Dizaynerlər üçün TOP-5 Freelance sayt