Türk Lirəsinin ucuzlaşması yenidən sürətlənib
Bu həftə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqlayacaq. TCMB-nin hazırda 17,50% səviyyəsində olan uçot dərəcəsini daha da artıracağı gözlənilir.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın qərarını açıqlayacağı həftənin ilk günündə Türk Lirəsinin ucuzlaşması sürətlənib. Bakı vaxtı ilə saat 16:00-da Dollar/Türk Lirəsi məzənnəsi 27,20 lirə səviyyəsində olub. Bu gün Türk Lirəsi Dollar qarşısında 0,4% ucuzlaşıb.
24 avqust 2023-cü il tarixində keçiriləcək TCMB-nin Pul Siyasəti Komitəsinin iclasında faizin 2,50 bənd artırılaraq 20%-ə çatdıracağı gözlənilir.
İqtisadçıların proqnozları 18,50% ilə 20% arasındadır.
İqtisadçılar 2023-cü ilin sonuda uçot dərəcəsinin 26,50%-ə çatacağını gözləyirlər.
TCMB ötən ay keçirilən iclasında faizini 2,50 bənd artıraraq 15 faizdən 17,50 faizə yüksəldib.
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c