Türkiyə Bosfor və Çanaqqala boğazlarında keçidin qiymətini ARTIRDI
Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor (Boğaziçi) və Çanaqqala (Dardanel) boğazlarında tranzit haqqını beş dəfə artırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Bildirilib ki, 1983-cü ildə 75 faiz endirimlə müəyyən edilmiş məzənnə ilə ödəniş sistemi ləğv edilib.
Qəzetin yazdığına görə, bu qərarla Türkiyənin illik gəliri 200 milyon dollar artacaq. İndi ölkə boğazlardan ildə 40 milyon dollar gəlir əldə edir.
Sərəncam oktyabrın 7-dən qüvvəyə minir.
Qeyd edək ki, 1936-cı il Montrö Konvensiyası Türkiyənin Qara dənizdən Aralıq dənizinə qədər Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa edən sənəddir. Konvensiyanın 19-cu maddəsinə əsasən, Türkiyə hərbi gəmilər üçün boğazları bağlaya bilər.
İqbal Rzayev,
KONKRET.az
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd