Türkiyə Mərkəzi Bankından sürpriz qərar - FAİZ ARTIRDI
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini 3,50 bənd artıraraq 46 faizə yüksəldib.
İqtisadçılar bu ay keçiriləcək iclasda əsas faizdə hər hansı dəyişiklik gözləmirdilər.
TCMB mart ayında keçirdiyi iclasında faizini 2,50 faiz bəndi azaldaraq 45 faizdən 42,5 faizə endirmişdi.
Həmçinin TCMB-nin İdarə Heyəti Mərkəzi Bankın gecəlik borcvermə dərəcəsini 46 faizdən 49 faizə, gecəlik borclanma dərəcəsini isə 41 faizdən 44,5 faizə qaldırıb. Proqnozlar bu faiz dərəcələrinin də sabit qalacağı idi.
Bankın növbəti iclası iyunun 19-da keçiriləcək.
Mərkəzi Bank press-relizində qeyd edib ki, daxili tələb və inflyasiyanın azalması sürəti yavaşlayıb. Həmçinin, qlobal ticarətdə artan proteksionizm meyllərinin qlobal iqtisadi aktivlik, əmtəə qiymətləri və kapital axını ilə deinflyasiya prosesinə mümkün təsirləri də diqqətlə izlənir.
Mərkəzi Bank inflyasiyanın əhəmiyyətli və qalıcı bir şəkildə pisləşməsinin proqnozlaşdırıldığı təqdirdə pul siyasəti mövqeyinin daha sərtləşdiriləcəyini qeyd edib.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Bitcoin necə işləyir?
IBAN nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?