Türkiyə və İran qaz tədarükü ilə bağlı müqavilənin müddətini uzadır
Tehran və Ankara İran qazının Türkiyəyə tədarükü ilə bağlı 30 illik müqavilənin müddətini uzatmağı planlaşdırır.
Bunu aprelin 4-də İranın neft naziri Cavad Ouci Tehranda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə danışıqlardan sonra deyib.
"Görüş zamanı Türkiyə ilə mövcud qaz müqaviləsinin müddətinin uzadılmasına dair danışıqların aparılması qərara alındı. Hazırkı müqavilə 2026-cı ildə başa çatır. Yeni müqavilə çərçivəsində Türkiyəyə hər gün 30 milyon kubmetr təbii qazın tədarükü nəzərdə tutulur", – o bildirib.
O, həmçinin qeyd edib ki, bu gün İran Milli Qaz Şirkəti ilə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ arasında rəsmi danışıqlar aparılacaq: "Biz həmçinin Türkiyə ilə İran arasında enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini və türk şirkətlərinin İranın enerji sektoruna sərmayə qoymaq imkanlarını müzakirə etdik. Bu gündən etibarən əməkdaşlığın genişləndirilməsi üzərində işə başlayacağıq".
Nazir vurğulayıb ki, İran Türkiyə ilə neft və təbii qaz yataqlarının işlənməsində əməkdaşlığı genişləndirməyə hazırdır. / banker.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind