Türkiyədə seçki ssenarilərinə görə Dollar/TL proqnozu - "DOLLAR 36 LİRƏYƏ YÜKSƏLƏ BİLƏR"

Türkiyədə seçki ssenarilərinə görə Dollar/TL proqnozu - Böyük Britaniyanın qlobal maliyyə xidmətləri şirkəti və bankı "Standard Chartered", Türkiyədə May ayında keçiriləcək Prezident seçkisinin təsirləri ilə bağlı hesabat dərc edib. Hesabatda Dollar/TL məzənnəsi ilə bağlı proqnozlar da yer alıb.
Marja xəbər verir ki, fevralın 16-da "Standard Chartered"in iqtisadçıları Geoff Kendrick və Farooq Pasha tərəfindən hazırlanan "Türkiyənin qeyri-müəyyən seçkisi" başlıqlı hesabatda, may ayında keçirilməsi planlaşdırılan seçkinin ölkədə iqtisadi vəziyyətin pisləşdiyi və sorğuların hakim (iqtidar) partiyaya tarixən aşağı dəstəyi göstərdiyi bir vaxta təsadüf etdiyi qeyd olunub. 
Hesabatda iqtisadçılar, "Bütün bunlarla yanaşı, müxalifətdəki fikir ayrılığı Prezident seçkisinin nəticəsini proqnozlaşdırmağı çətinləşdirir. Ümumi konsensus budur ki, AKP-MHP ittifaqı parlamentdə üstünlüyü itirə bilər. Seçkidən sonra yeni ittifaqlar və azlıq hökuməti kimi çoxsaylı ssenarilər də mümkündür", - qeyd ediblər.
Hesabatda, "Türkiyənin iqtisadi vəziyyəti pisləşməkdə davam edir. 2022-ci ildə 72 faiz olan orta inflyasiyanın 2023-cü ildə 50 faiz olacağını təxmin edirik. Müvafiq olaraq, yaşayış xərci böhranı iqtisadi artıma təzyiq edir; ÜDM artımının 2022-ci ildəki 4,5 faizdən 2023-cü ildə 3 faizə enəcəyini proqnozlaşdırırıq. Eyni zamanda, pul siyasəti ultra yumşaq olmağa davam edir, real gəlirlilik də mənfi 50 faiz civarındadır. Seçkidə Ərdoğan qalib gələrsə iqtisadi artım yönümlü siyasət davam edəcəkdir", - bildirilir.
USD/TL proqnozlarının orta nöqtəsi 28 TL-dir
Hesabatda, qeyri-ənənəvi pul siyasətinin uzunmüddətli ticarət kəsiri və maliyyələşdirilməsi çətin olan cari əməliyyatlar hesabının kəsiri ilə nəticələndiyi bildirilir.
Hesabatda, ""Digər pul daxilolmaları" 2022-ci ildə tədiyə balansı stressinin təsirini azaltmağa kömək etsə də, bunu davam etdirmək çətindir və seçkidən sonra maliyyələşmə üçün başqa mənbələrə ehtiyac olacaq. Mövcud qeyri-ənənəvi siyasətlərdən (heterodoks) imtina adekvat portfel axınını cəlb edə və iqtisadiyyat bərpaya çalışarkən boşluqları aradan qaldırmağa kömək edə bilər", - ifadələrinə yer verilib.
İqtisadçılar belə bir ssenaridə (ümumi qəbul edilmiş təcrübələrdən ibarət olan iqtisadi siyasətə (ortodoksal) dönüş) dollar/TL məzənnəsinin 2023-cü ilin sonuna doğru 20 türk lirəsi civarında olacağını proqnozlaşdırırlar.
İqtisadçılar, mövcud siyasətlərin (ənənəvi baxış və yanaşmalardan kənar siyasətin (heterodoks)) davam etməsi vəziyyətində, türk lirəsinin dəyər itirəcəyini və 2023-cü ilin sonuna qədər dollar/TL məzənnəsinin 36 türk lirəsi səviyyəsində olacağını proqnozlaşdırırlar.
İqtisadçılar, "İl sonu dollar/TL proqnozumuz 28 lirə səviyyəsindədir ki, bu da iki fərqli seçki nəticəsinə (Ərdoğanın qazanması və ya uduzması) dair təxminlərimizin orta nöqtəsidir. Biz ssenarilərimiz üçün 50-50 faiz ehtimal görürük", - bildiriblər.
Türk lirəsi ötən il inflyasiyanın sürətlənməsi fonunda mərkəzi bankın faiz dərəcələrini aşağı salmasından sonra 44 faiz dəyər itirib. 
Standard Chartered hökumətin dekabrın sonunda qorunan türk lirəsi əmanətlərini tətbiq etməsinin iqtisadiyyatın dollarlaşmasını azaltmadığını və dövlət maliyyəsi üçün risk yaratdığını bildirib. Türkiyədə bank əmanətlərinin təxminən üçdə ikisi xarici valyutadadır. / marja.az

Maliyyə     Tarix: 18 fevral 2023

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari