Türkiyənin dövlət qurumunun Azərbaycanda məktəbləri fəaliyyətə başlayıb

Türkiyənin dövlət qurumunun Azərbaycanda məktəbləri fəaliyyətə başlayıbAzərbaycan Beynəlxalq Maarif Məktəblərinin (ABMM) açılış mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə əvvəlcə Türkiyə Maarif Vəqfi barədə məlumat verilib.
Bildirilib ki, vəqf xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Türkiyənin beynəlxalq təhsilə açılmış pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif Məktəbləri və 50.000-ə yaxın şagird təhsil alır.
Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətlərindən biri də şagirdlərin vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını, insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirməkdən ibarətdir.
Qeyd olunub ki, yeni tədris ilindən etibarən Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Maarif Məktəbləri təhsil fəaliyyətinə başlayıb. Təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.
Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir.
Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. "Azərbaycan Beynəlxalq Maarif Məktəbləri"də (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.
Qeyd edək ki, təhsil müəssisəsində Azərbaycan, Avropa, Amerika və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab edilir. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olurlar.
Türkiyənin dövlət qurumunun Azərbaycanda məktəbləri fəaliyyətə başlayıbTürkiyənin dövlət qurumunun Azərbaycanda məktəbləri fəaliyyətə başlayıb/ marja.az

Maraqlı     Tarix: 03 oktyabr 2022

Oxşar xəbərlər

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler investisiya biznes qurmaq iqtisadiyyat xeberleri telefonla pul qazanmaq