Türkiyənin "Trendyol" şirkəti Beynəlxalq Olimpiya Komitəsinin - E-TİCARƏT TƏRƏFDAŞI OLUR
Trendyol həmçinin Olimpiya geyim kolleksiyasının dizaynını, istehsalını və satışını həyata keçirəcək
FEDa.z xəbər verir ki, İstanbul, 21 dekabr, 2023-cü il - Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən yaxşı platformalarından biri olan Trendyol Beynəlxalq Olimpiya Komitəsinin Türkiyədə və Avropa İqtisadi Zonasına daxil olan ölkələrdə rəsmi "Elektron ticarət xidmətləri partnyoru" olduğunu elan edir.
"Trendyol"un Beynəlxalq Olimpiya Komitəsi ilə tərəfdaşlığı şirkətin strateji investoru olan Alibaba Qrupunun Ümumdünya Olimpiya Tərəfdaşlığı çərçivəsində yer alır. Bu əməkdaşlıq Olimpiya nişanları və təsvirlərindən istifadə etməklə brendinq imkanlarının genişlənməsini təmin edəcək.
Bundan əlavə, Trendyol Beynəlxalq Olimpiya Komitəsi arasında ayrıca lisenziya müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən şirkət Olimpiya kolleksiyası və rəmzləri ilə uzlaşan sənət əsərləri və rəngləri özündə daşıyan köynək, polo köynək, şort, paltar, beysbol papaqları, və s. kimi məhsulların dizaynını, istehsalını, yayımını və satışını həyata keçirəcək.
Xüsusi kolleksiya Türkiyə, Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omanda Trendyol platformaları vasitəsilə beynəlxalq satışa çıxarılacaq. Məhsullar Türkiyədə Trendyol tərəfindən istehsal olunacaq.
Trendyol Qrupun prezidenti Çağlayan Çətin deyib: ""Trendyol"un Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşma əldə edən ilk türk biznesi olması çox qürurvericidir. Bu fəaliyyət bizim yerli və beynəlxalq platformamızı əhatə edir; türk dizayner və istehsalçılarının işlərini dünya miqyasında göstərmək və böyük idman tədbirlərinə və komandalarına sponsorluğu davam etdirmək imkan verir".
"Beynəlxalq Olimpiya Komitəsi "Trendyol"un Türkiyədəki dizayn və istehsal bacarıqlarından istifadə edərək Olimpiya geyim kolleksiyasını müxtəlif auditoriyalara və Olimpiya azarkeşlərinə çatdırmasından məmnundur. Beynəlxalq Olimpiya Komitəsi eyni zamanda bu müqavilənin "Alibaba"nın sponsorluğu çərçivəsində imzalanmasına sevinir. Çünki bu, uğurlarımızı qarşılıqlı şəkildə artırmaq üçün bizim əsas sponsorlarımızdan birinin tərəfdaşları ilə iş birliyimizi gücləndirir," deyə Beynəlxalq Olimpiya Komitəsinin televiziya və marketinq xidmətləri üzrə direktoru Anne-Sofi Voumard bildirib.
"Trendyol"un Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlığı şirkətin Türkiyədə və onun hüdudlarından kənarda idmana və idmançılara uzunmüddətli dəstəyini göstərən daha bir mühüm addımdır. Trendyol 2021-ci ildən Türkiyə Milli Olimpiya Komitəsinin rəsmi sponsorudur və Tokio 2020 Olimpiya Oyunlarında iştirak edən müxtəlif türk idmançılarına dəstək göstərir. Trendyol eyni zamanda Milli Voleybol və Milli Futbol Komandasının əsas sponsoru, Türkiyə Super Liqasının və Birinci liqanın titul sponsorudur. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?