Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır - "TECHNOVATION" KONFRANSI

Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır - Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində tüstüsüz gələcəyin təmin olunmasında innovasiya və yeni texnologiyaların tətbiqi mövzusunda "Technovation" konfransı keçirilib.
FED.az xəbər verir ki, "Philip Morris International" (PMI) şirkətinin təşkilatlıçılığı ilə təşkil olunnan konfransda PMI-nin baş icraçı direktoru Yatsek Olçak çıxışında şirkətin bu sahədə maariflənmə və digər istiqamətlərdə indiyədək həyata keçirilən, həmçinin hazırda və gələcəkdə görəcəyi işlərlə bağlı məlumat verib. O bildirib ki, PMI-nin qlobal missiyası nikotindən tamamilə imtina etmək istəməyənlərə alternativ təklif etməkdir: "Əgər siqaret çəkmirsinizsə, buna qətiyyən başlamayın; siqaret çəkirsinizsə, tərgidin; tərgitmək istəmirsinizsə, onu daha az zərərli alternativlə əvəz edin".
Y.Olçekin sözlərinə görə, dünyada təxminən 1 milyarddan çox insan siqaret çəkir. Lakin ölkələr tərəfindən fəal şəkildə aparılan maarifləndirmə işlərinə baxmayaraq, siqaret çəkənlərin sayında azalma müşahidə olunmur. Bəzən ölkələr bununla bağlı tənzimləyici və qadağanedici tədbirlər görsə də nəticə eynidir. Mütəxəssislər gələcəkdə siqaret çəkənlərin sayında kəskin azalmanın olmasını proqnozlaşdırmırlar.  Nəticə etibarı ilə bu, marifləndirmə və digər işlərin effektiv olmadığını göstərir".
Y.Olçek bildirib ki,  elmi və innovativ yanaşmalar siqaret çəkmə problemində indiyədək görülən tədbirlərdən daha səmərəli olacaq, siqaretdən ölüm hallarının 10 dəfə azalmasına gətirib çıxaracaq. Tüstüsüz məhsulların üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının önəmini vurğulayan Y.Olçek İsveçdə bu sahədə həyata keçirdikləri uğurlu strategiyalarını nümunə kimi qeyd edib: "Əvvəllər İsveç kişilərinin 49%-i daim siqaret çəkiblər. Hazırda isə siqaret çəkənlər daha az riskli məhsullardan -  elektron siqaret qızdırılan tütün məhsulları və ağız yolu ilə qəbul edilən nikotin məhsulları kimi digər tüstüsüz alternativlərdən istifadə edir. Alternativ tütün məmulatlarının daha yaxşı tənzimlənməsi sayəsində bu gün İsveçdə insanların yalnız 5,3%-i siqaret çəkir."
Konfransda icraçı direktor tüstüsüz məhsulların təkmilləşdirilməsinə iri həcmdə investisiya yatırımlarından da danışıb və bildirib ki, son 10 il ərzində PMI-nin texnologiyaların inkişafı, elmi tədqiqatların aparılması və istehsala ümumi investisiya yatırımları 12 milyard dolları ötüb və bu rəqəm yüksəlməkdə davam edir.
PMI-nin beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə vitse-prezidenti Tommazo Di Covanni "texnologiya və innovasiyalar: qlobal həllərin arxasında duran qüvvələr" mövzusunda geniş çıxış edib: "Qarşısı alınmayan innovasiyalar növbəti 10-20 il ərzində dünyanın ən aktual problemlərindən bəzilərini həll edə bilər. Bu problemlər sırasına hətta tütün sahəsini də əlavə etmək olar ki bu da dünyada 1,1 milyard siqaret çəkənlərin sayının azalmasına kömək edər.
Tommazo Di Covanni bildirib ki, ölkənin innovasiyalara açıq olması və tüstüsüz məhsulların üstünlükləri haqqında məlumatlılıq böyük əhəmiyyət kəsb edir. Cəmiyyət yalnız düzgün məlumatlandırıldıqda doğru seçim edir. Bu baxımdan zərərin azaldılması bəşəriyyətin daha yaxşıya doğru yenilik etmək istəyi ilə başlayır və bu da yalnız elmə əsaslanan texnoloji innovasiyalar vasitəsilə həyata keçirilir. "Biz PMI olaraq 2014-cü ildə Milan və Naqoyayada tüstüsüz tütün süarı altında səfərimiz başladı. Cəmiyyətin marifləndirilməsi və digər işlərin həyata keçirilməsi nəticəsində PMI 2016-cı ildə qabaqcıl şirkət olaraq bu istiqamətdə öhdəlik götürdü".
Daha sonra PMI şirkətinin tüstüsüz inhalyasiya məhsulları üzrə prezidenti Stefano Volpetti şirkətin əldə etdiyi nailiyyətləri, müştəri portfeli, o cümlədən müştəri seqmenti, məhsulların çeşidi ilə bağlı geniş təqdimat edib. O bildirib ki, hazırda dünya üzrə PMI-nin tüstüsüz məhsullarından yararlanan  ümumi istifadəçilərinin təxmini sayı 36,5 milyon nəfərdir. Bununla yanaşı, PMI-nin ümumi gəlirlərində tüstüsüz tütün məhsulları üzrə xalis gəlirlər 38% təşkil edir ki, bu da məcmu bazar payının 50%-dən çox hissəsi deməkdir. Tüstüsüz məhsulların satışa çıxarıla biləcəyi bazarların sayı isə 92-dir.
Tədbirdə panel müzakirələr zamanı spikerlər tərəfindən tüstüsüz məhsullar üçün qaydaların reallığı, tüstüsüz məhsulların üstünlükləri və elmi sübutu, bu barədə ictimaiyyətin düzgün məlumatlandırılması, istehlakçıların xeyrinə aparılan siyasətlər, PMI-nin geniş kateqoriyalı portfeli və  istehlakçılara seçim imkanı verilməsi mövzusunda geniş çıxışlar edilib. Müzakirələrdə siqaretə qarşı kollektiv mübarizə səyləri çərçivəsində elmi cəhətdən əsaslandırılmış siyasət və innovasiyaların bütün potensialından istifadə edilməsinin zəruriliyini qeyd edilib.
Spikerlər bildirib ki, getdikcə daha çox düşünən hökumətlər etiraf edirlər ki, tütünçəkmənin elmi cəhətdən əsaslandırılmış daha az zərərli alternativləri siqaretin azalmasının sürətləndirilməsində rol oynaya bilər. Bu səylərdən müsbət nəticələr əldə olunur, onlar əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə səmərə verir.
Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır - Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır - Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır - Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır - Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır -

Biznes     Tarix: 18 dekabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti