"Twitter" loqosunu Dogecoin olaraq dəyişib
"Twitter" saytdakı mavi quş loqosunu siba-inu iti ilə əvəz edib. Qeyd edək ki, bu it həm də İlon Mask tərəfindən dəstəklənən Dogecoin kriptovalyutası üçün loqo kimi istifadə olunur. Xəbərin fonunda kriptovalyutanın qiyməti 0.08 dollardan 0.1 dollara qədər artıb, lakin sonradan 0.09 dollara (+15.7%) korreksiya edilib.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
"Twitter"in əvvəlki loqosu 2012-ci ildən istifadə olunur. Sosial şəbəkənin rəhbərliyi dəyişiklikləri heç bir şəkildə izah etməyib və bu qərarın müvəqqəti olub-olmadığını dəqiqləşdirməyib.
Cənab Mask öz səhifəsində yalnız ondan "Twitter-i almağı və quş loqosunu itə dəyişməyi" xahiş edən istifadəçi ilə yazışmalarının skrinşotunu təqdim edib. "Söz verildiyi kimi", – deyə milyarder qeyd edib.
İlon Mask "Twitter"i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. O, dərhal şirkət rəhbərliyini işdən çıxarıb və müxtəlif hesablamalara görə işçilərin 70-80%-ni ixtisar edib.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İnstaqramda biznes qurmağın yolları
1000 manatla hansı biznesi qurmaq olar?
Ən bahalı otellər hansılardır?
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət