"Twitter" ödənişli abunəçilər üçün yeni funksiyalar təqdim edib
"Twitter"in ödənişli abunəçilər üçün istifadəyə verdiyi "Twitter Blue"nun istifadəçiləri artıq sosial şəbəkədə 60 dəqiqəlik videolar yerləşdirə biləcəklər.
Bu barədə "Tech Crunch" portalı məlumat yayıb.
Qeyd olunub ki, "Twitter Blue" abunəçiləri artıq 2 GB-a qədər həcmli, Full HD təsvir ölçülü 1 saatlıq videolar yükləyə bilərlər. Bundan əvvəl istifadəçilər 512 MB-dan çox olmayan 10 dəqiqəlik Full HD təsvir ölçülü videolar ilə kifayətlənməli olurdular.
Daha uzun videolarla yanaşı, "Twitter Blue" abunəçiləri həm də cavablarda üstünlük qazanırlar – onların yazıları indi pulsuz tarif istifadəçilərinin cavablarının üstündə görünəcək.
Qeyd edək ki, "Twitter Blue" İlon Maskın gəlişi ilə yenidən işə salınan ödənişli abunədir. Onun qiyməti ayda 8 ABŞ dollarıdır, lakin "App Store" yığımlarını kompensasiya etmək üçün iOS istifadəçiləri ayda 11 dollar ödəməli olur. / banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə